Biz kimik?
Səbuhi Göylərov tərəfindən təsis edilmiş FANDELA, gənclər arasında maliyyə savadlılığını artırmaq, rəqəmsal bacarıqları inkişaf etdirmək və süni intellekti biznes sahəsinə daha uğurlu inteqrasiya etmək məqsədi ilə yaradılmış innovativ bir platformadır.
FANDELA tədris və öyrədici fəaliyyətləri təməl kimi görür.
Fəaliyyət sahəmizə daxildir:
- AI texnologiyalarını tətbiq etməklə gənclərin öyrənməsinə və praktiki nəticə əldə etməsinə şərait yaratmaq,
- Süni intellekt əsaslı alətlər yaratmaq,
- İstifadəçilərə fərdi və biznes ehtiyaclarına uyğun servis və həllər təklif etmək,
- Müxtəlif AI alətlərinin kombinasiyası ilə kontentlər hazırlamaq,
- Gənclərin Prompt yazarlığı bacarıqlarını inkişaf etdirəcək proqramlar təklif etmək və s.
Fandela olaraq biz davamlı öyrənməni, innovasiyanı və cəmiyyətə töhfə verməyi əsas dəyərlərimiz kimi qəbul edirik.